GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri

Tarix: 30-03-2026, 14:00 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 9

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələriQHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin nəticələrini və layihələrin icrasını təhlil etdikcə daha ciddi və narahatedici mənzərə ortaya çıxır. Kağız üzərində sosial problemlərin həlli üçün ayrılan vəsaitlər praktikada ya formal tədbirlərə çevrilir, ya da layihənin adı ilə icra olunan fəaliyyətlər arasında açıq uyğunsuzluq yaranır. Təəssüf ki, bu artıq tək-tük hal deyil. Bir neçə layihənin təhlili göstərir ki, layihənin təqdimat mərhələsində yazılan məqsəd və vəzifələrlə real fəaliyyət arasında ciddi fərqlər var. Daha təhlükəlisi isə odur ki, bu uyğunsuzluqlar donor qurum tərəfindən ya görülmür, ya da görməzliyə vurulur(?)

Görünür tapşırıq böyük yerdən olur.

2025-ci ildə maliyyələşdirilmiş layihələrdən biri də “Üfüq” Xeyriyyə Cəmiyyətinin həyata keçirdiyi “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihədir. Layihənin adı ilk baxışdan çox həssas və vacib sosial problemə yönəldiyini göstərir. Məktəblərdə bullinqə məruz qalan uşaqlarla işləmək, onların hüquqlarını müdafiə etmək və bu istiqamətdə ictimai vəkillik aparmaq olduqca ciddi, həssas və peşəkar yanaşma tələb edən sahədir. Bu cür layihələrdə uşaqların məxfiliyi, psixoloji vəziyyəti və təhlükəsizliyi əsas prioritetlərdən biri olmalıdır.

Lakin layihə barədə ictimaiyyətə açıqlanan cəmi iki media məlumatı və Yenixeber.org-a ötürülən faktlar göstərir ki, layihənin adı ilə faktiki icrası arasında ciddi uyğunsuzluq var....

Birinci, açıqlamada tədbirin Bakı şəhərində yerləşən 83 saylı məktəb-liseydə keçirildiyi və əsas iştirakçıların valideynlər olduğu qeyd olunur. Təlimdə bullinq haqqında ümumi məlumat verildiyi, valideynlər arasında müzakirələr və rol oyunları keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahı aparıldığı qeyd edilir.

Burada ilk sual ortaya çıxır: əgər layihə “bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlanırsa, niyə əsas fəaliyyət valideynlər üçün keçirilən maarifləndirici təlimlə məhdudlaşır? Bu, mahiyyət etibarilə sadə maarifləndirmə tədbiridir və ictimai vəkillik fəaliyyəti ilə ciddi şəkildə fərqlənir. İctimai vəkillik dedikdə sistemli problemlərin qaldırılması, qərarverici qurumlara təsir, siyasət və ya qaydalarda dəyişiklik təşəbbüsləri nəzərdə tutulur. Verilən məlumatlarda isə belə bir fəaliyyətin izinə belə rast gəlinmir.

İkinci açıqlama isə vəziyyəti daha da problemli göstərir. Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə keçirilən tədbirdə 25-dən çox məktəblinin iştirak etdiyi, onlara bullinq barədə məlumat verildiyi və praktiki oyunlar keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” modeli adlı qrup terapiyası keçirildiyi qeyd olunur və sosial işçi ilə hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsinin aparıldığı bildirilir.

Əgər layihə doğrudan da bullinqə məruz qalan uşaqlarla işləməyi nəzərdə tutursa, burada çox ciddi etik və hüquqi suallar yaranır. Bullinq qurbanları ilə işləyən layihələrdə uşaqların şəxsiyyəti, məktəbi, hətta çox vaxt onların iştirak faktı belə məxfi saxlanılır. Çünki belə məlumatların açıq şəkildə paylaşılması uşağın məktəb mühitində daha böyük təzyiq və stiqmatizasiya ilə üzləşməsinə səbəb ola bilər. Lakin layihə barədə yayılan məlumatlarda tədbirin keçirildiyi məktəbin adı açıq göstərilir, iştirak edən uşaqların fotoları paylaşılır. Bu isə uşaqların məxfiliyinin qorunması baxımından ciddi problemlər yaradır.

Daha bir ciddi məqam “sosial və hüquqi qiymətləndirmə” məsələsidir. Media məlumatında bildirilir ki, sosial işçi və hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılıb.

Burada sual yaranır: bu qiymətləndirmə hansı metodologiya əsasında aparılıb? Valideynlərin yazılı razılığı varmı? Məktəb rəhbərliyi və ya müvafiq dövlət qurumlarının iştirakı təmin olunubmu? Uşaqların hüquqi və psixoloji vəziyyətinin qiymətləndirilməsi çox ciddi peşəkar standartlar tələb edən prosesdir və bunu sadə bir layihə tədbiri çərçivəsində formal şəkildə həyata keçirmək ciddi məsuliyyət yarada bilər.

Bütün bunlar göstərir ki, layihənin təqdim olunan konsepsiyası ilə real fəaliyyətlər arasında ciddi fərq var. Layihənin adı ictimai vəkillikdən bəhs edir, amma icra sadə maarifləndirmə təlimlərindən ibarət görünür. Hətta bu təlimlərin də bullinq qurbanlarının məxfiliyini qoruyan peşəkar standartlara uyğun keçirilib-keçirilmədiyi ciddi şübhə doğurur.

Bu vəziyyət eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin icrasına nəzarət mexanizmlərinin nə qədər zəif olduğunu göstərir. Layihə idarəetməsi və monitorinq sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslər belə həssas mövzular üzrə layihələrin keyfiyyətini və risklərini düzgün qiymətləndirə bilmirlər. Nəticədə isə kağız üzərində sosial problemlərin həlli üçün ayrılan dövlət vəsaitləri formal tədbirlərlə “hesabatlaşdırılır”.

Digər tərəfdən, burada QHT-nin donor qurumu faktiki olaraq yanıltması ehtimalı da görünür. Layihə təqdim olunarkən bullinq qurbanlarının hüquqlarının müdafiəsi və ictimai vəkillik kimi ciddi fəaliyyətlər vəd edilir, lakin icra mərhələsində bu fəaliyyətlər sadə seminar və təlim formatına endirilir. Bu isə layihənin məqsəd və nəticələrinin şişirdildiyini göstərir.

Məsuliyyət yalnız donor qurumun və QHT-nin üzərinə düşmür. Layihələrin məktəblərdə keçirilməsi üçün müəyyən razılıqların verildiyi də aydındır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin və yerli təhsil strukturlarının da məsuliyyəti ortaya çıxır. Məktəblərdə belə həssas mövzular üzrə fəaliyyətlərə icazə verilərkən layihənin metodologiyası, uşaqların hüquqlarının qorunması və etik standartlara uyğunluğu ciddi şəkildə qiymətləndirilməlidir.

Təəssüf ki, görünən mənzərə ondan ibarətdir ki, nə donor qurum, nə layihəni icra edən təşkilat, nə də məktəb mühiti bu prosesdə tələb olunan peşəkarlıq və məsuliyyət səviyyəsini nümayiş etdirir. Layihənin adı ilə real fəaliyyəti arasında uçurum var, uşaqların məxfiliyi isə faktiki olaraq nəzərə alınmır. Bu isə təkcə bir layihənin problemi deyil – QHT sektorunda dövlət vəsaitlərinin necə xərcləndiyi ilə bağlı daha geniş və sistemli suallar doğuran bir nümunədir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Üfüq” Xeyriyyə Cəmiyyətinin bu layihəsi üçün 10 min manat vəsait ayırıb.
Qeyd edək ki, “Üfüq” Xeyriyyə Cəmiyyətinin 29 dekabr 1999-cu ildə dövlət qeydiyyatına alınıb. QHT-nin təsisçiləri Akif Əhmədov, Şəhla Əhmədova, Dilarə Vəzirova və Fuad Süleymanov olub. Təşkilatın sədri Akif Əhmədov əvvəllər Avropa Birliyinin hüquqşünası vəzifəsində çalışıb.
Hazırda təşkilatın sədri Nuriyya Abbasovadır. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2021-2025-ci illərdə Müşahidə Şurasının üzvü olmuş Günel Səfərovanın xalası qızıdır(?)/Yenixeber.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

    QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı ...

    30-01-2026, 13:07

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” - 2-3 min manatlıq layihəyə 1000…

    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə ...

    9-12-2025, 12:57

  • 
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - Dövlət büdcəsi məmurlar arasında belə bölüşdürülür

    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli ...

    3-02-2026, 12:07

  • 
  • QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

    QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə ...

    28-01-2026, 18:58


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu