GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Suraxanı İH-də kimdir rəhbər : Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR

Suraxanı İH-də kimdir rəhbər : Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR

Tarix: 7-04-2026, 17:53 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 12

Suraxanı İH-də kimdir rəhbər : Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
Adil Əliyev sakinlərdən 1 ay vaxt istədi, MKTB rəisi isə aranı qarışdırdı
Prezident İlham Əliyev məmurlara həmişə xüsusi tapşırır ki, xalqa xidmət etmək borcunuzdur, vətəndaşlarla işləməlisiniz, onları dinləməlisiniz. Çünki dövlət başçısı özü də xalqın içində olur, onlarla səmimi söhbət edir, problemlərini eşidir, prezidentə göndərilən məktub və teleqramlara cavab verilir. Amma yerlərdə elə "kiçik padşah"lar var ki, onlar Prezidentin göstərişlərini qulaqardı edərək müştəbeh hərəkətlərindən qalmırlar. Hətta onlar
"kiçik padşah" da deyil, ondan da aşağı vəzifə sahibləridir. Elə aprelin 6-da Suraxanı rayon İcra Hakimiyyətində sakinlərlə keçirilən görüş zamanı bu tip məmurlardan biri haqda məlumat verəcəyik. Bu barədə az sonra...
Amma gəlin əvvəlcə həmin görüşün məğzinə diqqət yetirək. Anaxeber.info.az ilk növbədə bildirir ki, aprelin 6-da Suraxanı İH-də icra başçısı Adil Əliyevin qəbuluna və xahişə gedən sakinlər "Sahil-S İnşaat" şirkətindən mənzil alan pay sahibləri olub. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb. Zərər çəkmiş insanlar öz daxili resursları hesabına ancaq onu edə biliblər ki, binaya liftlər alınıb və digər həyati əhəmiyyətli ehtiyaclar qarşılanıb. Bununla belə "Sahil S İnşaat" binasında neçə ildir ki, yaşayış olsa da, sakinlərin və uşaqların istirahəti, əyləncəsi üçün şərait yoxdur.
Anaxeber.info.az məlumat verir ki, iki il bundan əvvəl isə sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş ediblər. O zaman hörmətli icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirib ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunub. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmayıb. Baxmayaraq ki, Adil Əliyev özü ərazidə olarkən vəziyyətlə tanış olmuşdu. Bu səbəbdən, iki il heç bir səs-səmir çıxmadığını görən sakinlər icra başçısının qəbuluna gedib və aprelin 6-da onunla görüşüb. Sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləyib. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr edib. MKTB rəisi sakinlərə deyib ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma "səhv etmişik". Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə "burun soxan" Mais Məmmədov dövlətin, onun icra orqanı adından "səhv etmişik" deyərək sakinlərə yersiz cavab qaytarıb. Ümumiyyətlə, qəbul zamanı icra başçısı Adil Əliyev son dərəcə nəzakətli və praqmatik görünsə də, Suraxanıda etmədiyi qanunsuzluq qalmayan MKTB rəisi Mais Məmmədov bütün kobudluqlara yol verib. Halbuki onun nə Adil Əliyevin, nə dövlətin və nə də dövlət strukturu adından danışmağa ixtiyarı, icra başçısının yerinə "səhv etmişik" deməyə səlahiyyəti yoxdur. Üstəlik, "səhv etmişik" demək ən biabırçı sözdür ki, bir aşağı vəzifəli məmurun dilindən çıxır. Əslində, Mais Məmmədov düz deyib. Çünki özünün Suraxanı rayonunda düz əməli yoxdur, hamısı səhvdir. Rayonda küçələrin zibil içində olması, baxımsızlıq, zibil yeşiklərinin qoyulmaması göz deşir. Əslində, dövlət və onun müvafiq orqanları Mais Məmmədov daha hansı səhvləri edib deyə yoxlama aparmalıdır. Ancaq Adil Əliyevin adından danışması iki nəticə çıxarmağa əsas yaradır: ya Mais Məmmədov təkcə MKTB rəisi deyil, Suraxanı İH adından və başçının yerinə danışmaq səlahiyyəti verilib, ya da özünü icra başçısından üstün sayır. Hərçənd Adil Əliyev ondan fərqli olaraq sakinlərə deyib ki, 1 ay vaxt istəyir. İndi bina sakinləri ümid edir ki, icra başçısı MKTB rəisinin "səhv etmişik" deməsinin ardınca getməyəcək. Axı necə yəni səhv etmişik? Necə dövlətin və başçının adından belə demək olar? Hər halda, bu məsələnin müsbət həllinə ümid bəslənir. Sakinlərin isə istəyi böyük bir şey deyil, Suraxanı İH başçısının tapşırığı yetərlidir ki, qısa müddətdə binanın ətrafı abadlaşsın, park düzəldilsin, uşaqlara oynamağa şərait yaradılsın və onlar üçün yaya qədər bir sürpriz olsun. Necə ki hörmətli Mehriban Əliyeva bu binanın sakinlərini ümidsiz qoymayıb, Adil Əliyevin də eyni mövqedən çıxış edəcəyinə inam var. Mais Məmmədov isə gedib öz səhvlərini düzəltməyə başlasın, yoxsa sonra.../Anaxeber.info.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclisin vitse-spikeri Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM

    Milli Məclisin vitse-spikeri Adil Əliyev Suraxanı ...

    8-07-2024, 15:14

  • 
  • Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan başçılarını dəyişdi - SƏRƏNCAMLAR

    Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan ...

    12-11-2019, 12:43

  • 
  • Yeni Günəşliyə "Şaban" lazımdır, Adil Əliyev yox!!!

    Yeni Günəşliyə "Şaban" lazımdır, Adil ...

    22-01-2026, 20:32

  • 
  • Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...

    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” ...

    3-03-2026, 14:32

  • 
  • Vidadi İsayevin prezidentə qarşı poçt təxribatı

    Vidadi İsayevin prezidentə qarşı poçt təxribatı ...

    16-03-2020, 15:19


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu