GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Fidan Könül Həmzəyevaya görə müraciət etdi: "154 min itirdim"

Fidan Könül Həmzəyevaya görə müraciət etdi: "154 min itirdim"

Tarix: 8-05-2026, 23:21 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 4


Bloger Fidan Zeyn yenidən iş xanımı Könül Həmzəyeva ilə bağlı paylaşım edib.

Gundemxeber.com xəbər verir ki, Fidan səhifəsində müraciət ünvanlayıb.

O, 154 000 AZN itirdiyini qeyd edib:

“Yoldaşı ilə görüşdük idarədə, razılığa gəldik ki, az-az ödəniləcək. Xahiş edildi ki, övladlarına xatir paylaşım olunmasın. Mən də humanist davranıb razılaşdım. Halbuki mənə 154 000 AZN pulu 20 günə dirəyib maşınımı satdırıb almışdı, guya işə qoyulacaq. Yadınızdadır necə tələsik maşın, torpaq satırdım? Amma 7 aydır cəmi 22 min pul ala bilmişəm. Hələ də maşınsızam, şükür bu günümüzə, amma uşaqlarım üçün, evim, anam üçün istədiyimi edə bilmirəm. Ruzini böyüdə bilmirəm. Yenidən sizdən dəstək istəyib bu mövzunu şişirdəcəyəm. Çünki həmin insan abırına bürünüb oturmaqdansa hələ də orda-burda adımı çəkib yalan məlumat yayır, təhqir edir. Mənə dedilər 3 qızımız var, onlara xatir paylaşım olmasın. Bəs mənim atam ata deyil? Mən övlad deyiləm? Yandırır ki, ustaların mənim reklam etdiyim salona gəliblər? Yaxşı rəhbər olardın, yanında qalardılar. Məni Xəzər Rayon Polis İdarəsi zərərçəkən olaraq rəsmi şəkildə tanıyıb. Şahidlər dindirilib.

Məndən alınan illik icarənin ödənilmədiyi təsdiqlənib. Məndən alınan 46 850 AZN lazer aparatının pulunun ödənilmədiyi təsdiqlənib. Şükür, alnım açıq, dilim uzun. Qeyd edim ki, başqa borca görə həmin insanın adına cinayət işi də açılıb, hazırda polis nəzarəti altında çöldədir. İstintaq gedir. 10 manat itirəndə adətən fikir çəkilir ki, hara xərclədim? Hara oldu? Mən 154 min itirdim. Həm də böyük bacı dediyim tərəfindən aldanılaraq. Aylarla ağladım, səhər oyanırdım ki, əlim açılmır. Ürəkbulanma, baş və ürək ağrıları, əsəb pozuntusu qazandım. O da mən ağladıqca “Fidan instada yalandan ağlayır ki, hamının yazığı gəlsin” dedi. Halbuki Fidan yazıq olduğu üçün yox, ürəyi olduğu üçün ağlayırdı. Fidan sarsılmışdı.

Nə isə ki, bir az səbrli, bir az da vecsiz olmağı öyrəndim. Mənim uşaqlarıma sağlam ana lazımdır. İnşallah ki, bu məsələ tezliklə həll olar. Mənə çox maraqlıdır ki, heç zərərçəkmiş kimi deyil, sıradan bir vətəndaş kimi “iş qurmaq” adı ilə mənə külli miqdarda dələduzluq edilsin və hansısa səbəblərdən həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilməyərək polisin nəzarətinə verilsin. Mən bu günə qədər susmuşamsa, bu, yalnız öz iradəmə, qadınlığıma və iki övladıma görə olub. Belə ki, həmin şəxsin həyat yoldaşı mənə müraciət edərək, üç qız övladını nəzərə alaraq möhlət istəmiş, dəymiş zərərin ödənilməsini öz üzərinə götürdüyünü bildirmiş və xüsusilə bu məsələni ictimailəşdirməməyimi xahiş edib. Barəsində dələduzluq maddəsi ilə cinayət işi açılmış şəxs həbs edilməsə də, bu günə qədər mənə dəymiş zərər ödənilməmiş, əksinə, Azərbaycan Respublikasının qanunlarını açıq şəkildə heçə sayaraq ödənişdən imtina ediləcəyi bildirilib.

Bundan əlavə, bildirirəm ki, həmin şəxs hazırda azadlıqda olmasından istifadə edərək mənə və digər zərərçəkmiş şəxslərə qarşı təzyiq göstərməsi, hədə-qorxu gəlməsi, müxtəlif yollarla qorxu yaratmağa çalışması, barəmizdə yalan məlumatlar yayacağı ilə hədələməsi halları mövcuddur. Bu isə onun azadlıqda qalmasının istintaqın normal gedişinə mane olmasına, zərərçəkmiş şəxslərə təzyiq etməsinə və yeni hüquqazidd əməllər törətmə ehtimalına əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, həmin şəxs barəsində daha ağır qətimkan tədbirinin - həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər zərurət mövcuddur. Xahiş edirəm, həmin şəxsin polisin nəzarəti qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi barədə göstəriş verəsiniz.

Müraciətim Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə və Xəzər Rayon Polis İdarəsinin rəhbərliyinə ünvanlanır. Hesab edirəm ki, belə əməllər törətmiş şəxsin qanun qarşısında layiqli cəza alması təmin edilməli və ədalət bərpa olunmalıdır. Ümid edirəm ki, aparılan istintaq nəticəsində bu şəxs barəsində həbs qətimkan tədbiri seçiləcək”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Min dəfə deyildi ki, paylaşım etməyin” - Arzu Əliyeva

    “Min dəfə deyildi ki, paylaşım etməyin” - Arzu ...

    27-07-2020, 11:21

  • 
  • Azərbaycanda (055) 700-00-00 – 40.000  manata satılır

    Azərbaycanda (055) 700-00-00 – 40.000 manata ...

    27-11-2013, 02:13

  • 
  • Ronaldonun sevgilisinin çılpaq fotoları yayıldı

    Ronaldonun sevgilisinin çılpaq fotoları yayıldı ...

    10-05-2014, 14:27

  • 
  • Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

    Könül Xasıyevaya qarşı dələduzluq - 70 min ...

    20-08-2017, 15:08

  • 
  • “Beautytime” rəhbəri ilə bağlı iki bloqerdən ağır ittihamlar – yüz minlərlə manatlıq zərər iddiası

    “Beautytime” rəhbəri ilə bağlı iki bloqerdən ağır ...

    12-02-2026, 12:46


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu