Gundemxeber.az » Ölkə » Cəmiyyət » "MedAura" Klinikasında əməliyyatdan sonra iflic olan qadın öldü
"MedAura" Klinikasında rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı Nigar Budaqlı dünyasını dəyişib.
Bu barədə "Unikal"a mərhumun bacısı İlhamə Budaqlı məlumat verib.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.
Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə Lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.
Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra N.Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.
Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Gundemxeber.org
13-11-2025, 12:43
7-08-2024, 10:42
15-10-2025, 22:39
28-02-2019, 20:00
29-07-2013, 17:23
Sorğu
Yeni dizaynımız necədir?