Gundemxeber.az » İdman » Unay Emeri 4-cü dəfə UEFA Superkubokunu uduzub
Unay Emerinin rəhbərlik etdiyi İngiltərənin “Aston Villa” klubu UEFA Superkuboku uğrunda keçirilən oyunda Fransanın PSJ komandasına 1:1 hesabı ilə məğlub olub.
Gundemxeber.org xəbər verir ki, bununla da ispaniyalı mütəxəssis məşqçilik karyerasında iştirak etdiyi 4-cü Superkubok matçında da uduzub. Emerinin rəhbərlik etdiyi kollektivlər bu dörd oyunun hər birinə UEFA Avropa Liqasının qalibi kimi vəsiqə qazanıb.
Təcrübəli çalışdırıcı daha əvvəl 2014 və 2015-ci illərdə “Sevilya”nın baş məşqçisi kimi, müvafiq olaraq, “Real Madrid” (0:2) və “Barselona”ya (4:5), 2021-ci ildə isə “Vilyarreal”ın sükanı arxasında “Çelsi”yə (1:1, penaltilər seriyasında 5:6) məğlub olub.
Qeyd edək ki, Unay Emeri UEFA Superkubokunu qazana bilməyən və bu turnirdə dörd finalın hamısını uduzan baş məşqçi kimi tarixə düşüb. Bu, Superkubok uğrunda oyunlarda antirekordudur.
Gundemxeber.org
11-08-2026, 19:10
29-05-2019, 12:23
29-05-2019, 11:51
Bu gün, 08:38
12-09-2017, 20:36
Sorğu
Yeni dizaynımız necədir?