Gundemxeber.az » Dünya » Brüsselin tarixi meydanındakı gül xalçası
Belçika ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 160-cı ildönümü münasibətilə Brüsseldəki tarixi "Grand Place" meydanı təxminən 500 min çiçəkdən hazırlanmış və Katsuşika Hokusainin dünyaca məşhur şah əsəri olan "Kanaqava sahillərində böyük dalğa"nı təsvir edən nəhəng bir xalça ilə bəzədilib.
Brüsseldə iki ildən bir keçirilən çiçək xalçası tədbiri çərçivəsində, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan Grand Place meydanında təxminən 1300 kvadratmetr sahəni əhatə edən çiçək xalçası göz oxşayır.
İstiyə davamlı daliya çiçəyini əks etdirən xalçanın dizaynı yapon rəssam, Kioto İncəsənət və Dizayn Universitetinin professoru Hiro Suqiyama və "Enlightenment" incəsənət kollektivi tərəfindən yaradılıb.
Gundemxeber.org
9-07-2017, 16:16
6-08-2026, 16:43
1-07-2016, 19:59
12-08-2026, 12:58
8-05-2014, 20:41
Sorğu
Yeni dizaynımız necədir?