Gundemxeber.az » Ölkə » Kirminal
Gəncədə evdən meyit tapılıb. Gundemxebertv.com apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsindən yerləşən yaşayış binalarının birində qeydə alınıb. Şəhər sakini 1991-ci il təvəllüdlü K.Nurəhmədlinin meyiti qonşusu, həm də dostu olan şəxsin evində aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Gundemxebertv.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib
Şuşada arvadını döyən kişi həbs edilib. Gundemxebertv.com Lent.az-a istinadən xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib. Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protokol tərtib olunub.
Beynəlxalq axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana təhvil verilib. Gundemxebertv.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. "Azərbaycanın hüquq-mühafizə orqanlarından alınan məlumata görə, axtarışda olan şəxs dələduzluq etməkdə, yəni etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə şübhəli bilinirdi.
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Gundemxebertv.com xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırda faktla bağlı araşdırma davam edir.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb. Bu barədə Gundemxebertv.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub.
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb. Gundemxebertv.com xəbər verir ki, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Gundemxebertv.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "iTicket.az" platformasının adından istifadə edilməklə yaradılan saxta sosial şəbəkə səhifələri və veb-resurslar vasitəsilə həyata keçirilə biləcək dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Gundemxebertv.com-a agentlikdən məlumat verilib. Bildirilib ki, belə səhifələr
Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Gundemxebertv.com xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Araşdırma davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?